Əsas səhifəNəqliyyat“Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları layihə təkliflərini təqdim ediblər
PAYLAŞ

“Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları layihə təkliflərini təqdim ediblər

Nəqliyyat 28 İyun 2022 16:35 1012

  “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları dayanıqlı şəhər mobilliyi prinsiplərinə uyğun olaraq hazırladığı layihə təkliflərini təqdim ediblər. 
 
   “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları 2 aylıq təcrübə müddətində bilik və bacarıqlarını artıraraq, araşdırmalar apararaq maraqlı layihə təklifləri hazırlayıblar. Layihələrin hazırlanmasında əsas məqsəd Bakı Nəqliyyat Agentliyinin paytaxtın əlçatanlığı, təhlükəsizliyi və mobilliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaqdır. 
 
  Agentliyin aparıcı mütəxəssislərinin ekspert qismində iştirak etdiyi görüşdə könüllülər komandalar şəklində işləyərək "Bakı şəhərinin marşrutsuz yolları", "Təhsilə gedən yol", "Yollarda bir səhv yüz doğrunu aparmasın!", "Koroğlu NMM-ə yeni baxış", "Smart HUB", "Piyadaların təhlükəsizliyi önəmlidir", "Qayğıkeş təkərlər", "Kiçik avtobus parkları" adlı innovativ layihələri təqdim ediblər. Könüllülərin təqdimatları maraqla qarşılanıb. Mütəxəssislər tərəfindən həyata keçirilməsi daha real və məqsədəuyğun hesab edilən təkliflər yüksək qiymətləndirilib. 
 
  Məlumat üçün bildirək ki, hər il ən yaxşı layihələr BNA tərəfindən dəstəklənir və könüllülər müxtəlif işlərə cəlb olunurlar. İndiyə kimi 20 nəfər könüllü tam ştatla işə götürülmüşdür. “Nəqliyyat Könüllüləri” proqramı artıq 4-cü ildir ki, müvəffəqiyyətlə icra olunur. Ölkəmizin ən aparıcı könüllü proqramlarından biri olan "Nəqliyyat Könüllüləri" Azərbaycan könüllüləri brendinin formalaşmasına öz töhfəsini verir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020