Əsas səhifəÖlkəSürücülük hüququ olmadan sərnişin avtobusunu idarə edən şəxs saxlanılıb.
PAYLAŞ

Sürücülük hüququ olmadan sərnişin avtobusunu idarə edən şəxs saxlanılıb.

Ölkə 29 iyun 2022 12:00 1398

Sürücülük vəsiqəsi olmadığı halda avtobus idarə edərək sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs DİN-in Baş DYP İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən ifşa edilib.

Belə ki, “Ford” markalı, 02-BF-563 dövlət qeydiyyat nişanlı avtobusu sərnişin daşımaqla idarə edən Vaqif Alışov bölüyün əməkdaşları tərəfindən saxlanılıb sənədləri yoxlanılarkən onun ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.

Vaqif Alışov əməlindən peşman olduğunu bildirsə də, araşdırma zamanı onun analoji qanun pozuntusuna yol verdiyi üçün əvvəllər də inzibati məsuliyyətə cəlb edildiyi məlum olub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vaqif Alışov barəsində inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs edilib.

 

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020