+994507882020
info@avtoyol.az
Əsas səhifəÖlkəAvtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri gücləndirilir
PAYLAŞ

Avtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri gücləndirilir

Ölkə 30 iyun 2022 12:00 53

Təyinatından asılı olmayaraq istənilən yükün müəyyən edilmiş kütlə hədlərini aşmamaq şərtilə daşınması barədə dəfələrlə edilmiş xəbərdarlığa, bu sahədə çalışan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi istiqamətində görülən tədbirlərə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən hələ də analoji qayda pozuntularına yol verilir.

Qanunvericilyə zidd olan bu kimi halların qeydə alınması, xüsusilə yay mövsümündə normadan artıq yük daşıyan avtomobillərin asfalt örtüklü yolları deformasiyaya uğradaraq yararsız hala salması ciddi narahatlıq hissi doğurmaqla yanaşı, həm də daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Odur ki, belə halların qarşısının alınması məqsədilə, DYP-nin stasionar postlarında nəzarət tədbirləri gücləndirilmiş, sözügedən qayda pozuntularına yol vermiş ayrı-ayrı sürücülər haqda inzibati tənbeh tədbirləri görülmüşdür.

DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az