Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi NARGIS nəşriyyat evinin təşkil etdiyi “Planet Calling” adlı ətraf mühitin mühafizəsi və ekoloji problemlərə həsr olunan sərgidə iştirak edib.
Ekspozisiyada təkrar emalı çətin olan materiallardan və sənaye tullantılarından hazırlanmış instalyasiyalar nümayiş etdirilib.
Bakı Nəqliyyat Agentliyi "Quş" əsərini təqdim edib. Asif Teymurxanovun müəllifi olduğu instalyasiya şəhərlərdə ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadə edərək təbiəti və sağlamlığımızı qorumağı simvolizə edir.
Qeyd edək ki, sərgi avqustun 24-dək davam edəcək.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər