Əsas səhifəNəqliyyatAZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
PAYLAŞ

AZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Nəqliyyat 07 İyul 2022 17:00 1205

7 iyul 2022-ci il, Bakı – AZAL-ın prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri Corc Diklə 7 iyul tarixində keçirilən görüşündə mülki aviasiya sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə AZAL-ın prezidenti Cahangir Əsgərov ölkələr arasında mülki hava daşımaları sahəsində səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin tezliyi həftədə beş dəfədir. Həmçinin Israir aviaşirkəti tərəfindən həftədə üç dəfə Təl-Əvivdən Bakıya və geriyə istiqamətdə uçuşlar həyata keçirilir.

““AZAL” aviaşirkəti İsraildəki tərəfdaşları olan turizm şirkətləri ilə birlikdə İsraildən Azərbaycana turist axınının formalaşdırılması və inkişafı üçün fəal və böyük işlər görür", - deyə Cahangir Əsgərov bildirib.

İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkələrin nəqliyyat əlçatanlığının artırılması çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq turist axınının həcminin artmasına və ölkələr arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edir.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020