Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı
Ölkə
08 iyul 2022 11:00
1289
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması və ən önəmlisi bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsi sahəsində profilaktiki tədbirlər davam etdirilir.
Tədbirdə mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələri müəyyən edilərək sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib. Sürücülərə bir daha izah olunub ki, onlar istifadələrində olan nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac olunan qazların tərkibinin normalara uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər