Avtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.
Ölkə
08 iyul 2022 11:00
1796
Təyinatından asılı olmayaraq istənilən yükün müəyyən edilmiş kütlə hədlərini aşmamaq şərtilə daşınması barədə dəfələrlə edilmiş xəbərdarlığa, bu sahədə çalışan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi istiqamətində görülən tədbirlərə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən hələ də analoji qayda pozuntularına yol verilir.
Nəzarət tədbirləri zamanı icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması, artiq yükün boşaldılması və sürücülərə inzibati tənbeh tədbirlərinin görülməsi həyata keçirilir.
Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə ciddi riayət olunsun, odur ki belə qayda pozuntularının aradan qaldırılması məqsədi ilə bu istiqamətdə müvafiq addımların atılması davam etdiriləcək.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər