Əsas səhifəNəqliyyatAZAL-ın prezidenti Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər
PAYLAŞ

AZAL-ın prezidenti Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər

Nəqliyyat 08 İyul 2022 12:00 1199

8 iyul 2022-ci il, Bakı – AZAL-ın prezidenti Cahangir Əsgərovun Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid ilə görüşündə mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Cahangir Əsgərov Misir səfirini təyin olunması münasibətilə təbrik edib və gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

AZAL-ın prezidenti ölkələr arasında müntəzəm hava əlaqəsinin olduğunu bildirib. Hazırda Misirin “Air Cairo” aviaşirkəti həftədə bir dəfə Bakı şəhərindən Qırmızı dənizin sahilində yerləşən Şarm-əş-Şeyx kurort şəhərinə və geri istiqamətdə uçuşlar yerinə yetirir.

Səfir Hişam Mohammed Naqi Abdel Hamid Cahangir Əsgərova təşəkkürünü bildirib və iki ölkənin turizm potensialının genişləndirilməsi məqsədilə mülki aviadaşımalar sahəsində tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında hava əlaqəsinin genişləndirilməsində və Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsində maraqlı olduğunu bildirib.

AZAL-ın prezidenti Cahangir Əsgərov Bakı ilə Qahirə arasında sərnişin və yük daşımalarının həyata keçirilməsi, həmçinin Şarm-əş-Şeyx – Bakı - Şarm-əş-Şeyx marşrutu üzrə uçuşların sayının artırılması məsələlərində maksimum yardım göstəriləcəyini qeyd edib.

“Qahirədən Bakıya sərnişin reysləri açıldığı təqdirdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air Cairo” aviaşirkətinə hava limanı tərəfindən müəyyən edilmiş qaydada endirimlər tətbiq olunacaq”, - deyə Cahangir Əsgərov qeyd edib.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020