Ötən gün Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti istiqaməti müvəqqəti dəyişdirilib.
Ölkə
11 iyul 2022 17:00
3218
Paytaxtdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilib.
Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də paytaxt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib. Hazırda qeyd edilən ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər