Əsas səhifəNəqliyyatRamana qəsəbəsində nəqliyyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir
PAYLAŞ

Ramana qəsəbəsində nəqliyyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir

Nəqliyyat 20 İyul 2022 17:03 1099

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi paytaxtda yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu çərçivədə Sabunçu rayonu Ramana qəsəbəsi 3-cü sahə ərazisində vətəndaş müraciətləri əsasında bir sıra tədbirlərin icrasına başlanılıb. İlk növbədə, qeyd olunan yol sahəsində müvafiq təhlillər aparılıb və müəyyən çatışmazlıqlar aşkar edilib:

Piyadaların hərəkəti üçün səkilərin nəzərdə tutulmaması; Nəqliyyat vasitələrinin icazə verilən sürət həddini aşması nəticəsində yol nəqliyyat hadisələrinin başvermə riskinin yüksək olması; Eynisəviyyəli piyada keçidlərinin, müvafiq yol nişanları və nişanlanma xətlərinin nəzərdə tutulmaması;

Sadalanan çatışmazlıqların aradan qaldırılması məqsədilə BNA hazırladığı layihəyə əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq infrastruktur tədbirləri həyata keçirilir:

Avtomobil yolunun oxu saxlanılmaqla, hər iki istiqamət üzrə ümumilikdə, 950 m uzunluğunda səkinin, həmçinin əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabalarının rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə pandusların inşası; Eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi; Yol-nəqliyyat hadisələrinin başvermə riskini azaltmaq,  yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə icazə verilən sürət həddinin 40 km/saata endirilməsi; Daxili yollardan əsas yola giriş-çıxış yerlərində müvafiq yol nişanlarının quraşdırılması və üfüqi nişanlama xətlərinin çəkilməsi.

Görülən işlər sayəsində bu ərazidə yaşayan 6 min nəfərdən artıq sakinin rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020