Əsas səhifəÖlkəBaş DYP İdarəsi respublika ərazisində piyada vurma hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini gücləndirib.
PAYLAŞ

Baş DYP İdarəsi respublika ərazisində piyada vurma hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini gücləndirib.

Ölkə 26 iyul 2022 16:00 1608

Piyadaların diqqətini çatdırırıq ki, küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin, nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın. Eyni zamanda, ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun, qəflətən avtomobil yoluna çıxmayın, yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin və ən əsası azyaşlıları yollarda nəzarətsiz qoymayın.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020