Əsas səhifəNəqliyyatPaytaxtda ilk dəfə taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil edilib
PAYLAŞ

Paytaxtda ilk dəfə taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil edilib

Nəqliyyat 18 Oktyabr 2022 14:15 2670

Paytaxtda ilk dəfə yol hərəkətinin təşkilində taktiki urbanizim elementlərindən istifadə olunmağa başlanılıb. Xarici ölkə şəhərlərində uğurla tətbiq edilən taktiki urbanizm şəhərin bir hissəsini və ya şəhər mühitini ən qısa müddətdə və minimal səylə dəyişdirməyə imkan verir. 

Bakı şəhərində taktiki urbanizim elementləri Qəzənfər Musabəyov, Cəfər Xəndan və 22-ci Dağlıq küçələrinin kəsişməsində tətbiq edilib. Mürəkkəb yolayrıcında kəsişmənin həndəsi quruluşuna uyğun olaraq taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil olunub.

Nəticədə kəsişmədə olan xaotik vəziyyət aradan qaldırılıb, hərəkət növbəliliyi təmin edilib. Bununla da kəsişmədə qəza halları dəfələrlə azalıb və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

Qeyd edək ki, əvvəllər bu yol sahəsində 6 istiqamətdən gələn nəqliyyat axını tənzimlənmədiyindən ərazidə xaotik hərəkət hökm sürürdü. Nəqliyyat vasitələrinin nizamsız hərəkəti yolu keçmək istəyən piyadalar üçün əlvə risklər yaradırdı.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020