4-cü "Nəqliyyat Könüllüləri" proqramının məzunları təltif edilib.
Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva məzun könüllülərlə görüşdə iştirakçıları salamlayaraq bildirib: "Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhfələrini verməkdədir. Agentlik gənclərin inkişafına daim önəm verir. Nəqliyyat sahəsinə marağı olan, müvafiq ixtisaslı könüllülər bu proqram vasitəsilə bilik və bacarlıqlarını inkişaf etdirir, gələcəyin kadrları və nəqliyyat ekspertləri olaraq təcrübə qazanırlar. Mən inanıram ki, hər biriniz şəhər mobilliyi anlayışını artıq başa düşür və bu istiqamətdə BNA tərəfindən həyata keçirilən fəaliyyətlərdə fəal iştirak etmisiniz. Hər birinizə uğurlar arzu edirəm."
Sonra könüllülərin iştirak etdikləri fəaliyyətlərin qısa təqdimatı edilib və 4-cü "Nəqliyyat Könüllüləri" proqramını müvəffəqiyyətlə başa vuran 36 nəfər könüllü sertifikat və hədiyyələrlə təltif edilib.
İnanırıq ki, könüllülərimiz Bakının daha əlçatan, təhlükəsiz və mobil bir şəhərə çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa davam edəcək və ətraflarındakı insanları maarifləndirəcəklər.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər