Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu
Ölkə
30 sentyabr 2022 11:38
1362
Baş DYP İdarəsinin YPX Alayının 11-ci taqımının əməkdaşları 25.09.2022-ci il tarixində “VAZ 2103” markalı, 10-HM-947 dövlət qeydiyyat nişanlı avtomobili ödənilməyən cərimə borclarına görə saxlayarkən sürücünün davranışları və zahiri görkəmi onun narkotik vasitələrdən istifadə etdiyinə əsaslı şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi duracağa yerləşdirilib, sürücünün isə tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı 1986-cı il təvəllüdlü, Astara rayonunda qeydiyyatda olan Asif Cabbarovun sözügedən nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.
A.Cabbarov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Cabbarov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 10 gün müddətində inzibati qaydada həbs edilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər