Əsas səhifəNəqliyyatTəhsil müəssisələrinin şagird və tələbələri “BakuBus” MMC-yə ekskursiya edib.
PAYLAŞ

Təhsil müəssisələrinin şagird və tələbələri “BakuBus” MMC-yə ekskursiya edib.

Nəqliyyat 15 Noyabr 2022 10:54 151

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, “BakuBus” MMC, Sürücü Təlim Mərkəzi və Nəqliyyat Könüllülərinin dəstəyi ilə paytaxtda yerləşən 4 ümumtəhsil məktəbinin (193 və 221 saylı orta məktəb, Sosial-İqtisadi Kollec, Bakı Texniki Kolleci) yuxarı sinif şagird və tələbləri üçün sərnişindaşıma fəaliyyəti ilə tanışlıq turu təşkil edilib. Tur çərçivəsində qeyd olunan təhsil müəssisələrinin şagird və tələbələri “BakuBus” MMC-yə ekskursiya edib.

Ekskursiyanın məqsədi məktəbliləri şəhərin nəqliyyat sistemində görülən işlərlə tanış etmək, bu sahədəki müasir çağırışlar barədə məlumatlandırmaq və onlarda ictimai nəqliyyatdan istifadəyə maraq yaratmaqdır. Tədbir çərçivəsində məktəblilər “BakuBus” MMC-də avtobus sürücülərinin iş şəraiti, avtobusların təmiri və fəaliyyətinə nəzarət mexanizmi ilə əyani tanış olublar. Dispetçer otağında avtobusların izlənmə və marşrutların idarə olunması, təmir mərkəzində avtobusların baxışdan keçirilmə və təmir prosesi məktəblilərin marağına səbəb olub.

Ekskursiya “Sürücü Təlim Mərkəzi”ndə davam edib. Təlimçilərin izahatından sonra sualları cavablandıran məktəblilər avtobus simulyatoru ilə tanış olub, burada öz sürücülük bacarıqlarını sınaqdan keçiriblər. Tədbir sürücülərin təlim meydançasında ən çətin sınaqlardan biri olan qurğu üzərində təlimçinin real avtomobil idarə edərək qəza vəziyyətindən çıxış üsullarının göstərilməsi ilə yekunlaşıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020