Əsas səhifəÖlkəYolda tətbiq ediləcək məhdudiyyət tədbiri ilə əlaqədar Baş DYP İdarəsinin məlumatı
PAYLAŞ

Yolda tətbiq ediləcək məhdudiyyət tədbiri ilə əlaqədar Baş DYP İdarəsinin məlumatı

Ölkə 16 noyabr 2022 13:00 1617

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 2022-ci il 16 noyabr tarixindən, saat 08:00-dan etibarən 150 metr məsafədə bir hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Yolun digər 2 hərəkət zolağının açıq olması şərti ilə tətbiq edilən məhdudiyyət tədbiri tikinti işləri bitənədək qüvvədə olacaq.

Baş DYP İdarəsi ərazi üzrə xidmət aparan YPX əməkdaşlarının təhlükəsizlik tədbirlərinə cəlb ediləcəyini bildirməklə yanaşı, sürücüləri yolun sözügedən hissəsində daha diqqətli olmağa, müvəqqəti yol nişanlarının tələblərinə, sürət rejiminə əməl etməyə, mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırır.

 

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020