Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin paytaxtda yerləşən Texniki Müayinə Mərkəzləri fasiləsiz xidmət göstərəcək
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtda yerləşən Texniki Müayinə Mərkəzləri fasiləsiz xidmət göstərəcək

Ölkə 25 noyabr 2022 16:00 1158

Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq ediləcək. Bununla da  nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərəcək Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanacaq.

Eyni zamanda, xidmətin fasiləsiz təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək imkanı yaradacaq.   

Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020