Müsabiqə yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramına uyğun olaraq, uşaq və yeniyetmələr arasında yol hərəkəti qaydaları ilə bağlı bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkətinin təhlükəsizliyi haqda məlumatlılığın artırılması, ətraf mühitin avtomobillərin zərərli təsirlərindən qorunması, eləcə də yollarda uşaq travmatizminin minimuma endirilməsi işində ictimai həmrəyliyin təmin olunması məqsədilə keçirilir.
Müsabiqəyə rəsm əsərləri ilə yanaşı digər sənət nümünələri də təqdim edilə bilər.
Müsabiqənin keçirilmə qaydaları :
• Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır;
• Müsabiqədə 7-16 yaş arası şəxslər iştirak edə bilər;
• Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır;
• İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda
təqdim etdiyi əsər müsabiqəyə buraxılmır;
• Bir müəllif tərəfindən müsabiqəyə 2 və daha artıq əsər təqdim edilə bilər;
• Rəsm əsərləri A3 formatından kiçik olmamalıdır;
• Rəsm əsərlərinin sərbəst texnika ilə işlənməsi tövsiyə olunur;
• İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ küncü tövsiyə olunur)
adını və yaşını qeyd etməlidir;
• Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən yaradılmasına əsaslı
şübhələr olduqda əsər müsabiqəyə buraxılmır;
• Əsərlərin qəbulu 30.11.2022-ci il tarixdən 30.01.2023-cü il tarixinə kimi
aparılacaq;
• Qaliblər 10.02.2023-cü il tarixində elan olunacaq.
Qiymətləndirmə meyarları və qaliblərin müəyyən edilməsi qaydaları:
• mövzunun əhatə olunması;
• təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi;
• qərəzsizlik və məsuliyyət;
• ictimai maraqların müdafiəsi.
Əsərlər yuxarıda qeyd olunan meyarlar üzrə seçmə üsulu ilə qiymətləndirilir və nəticəyə əsasən 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri müəyyən olunur.
Əsərlərin qəbul qaydaları:
• Müsabiqəyə rəsm və ya digər sənət nümünələrinin əsli təqdim edilməlidir.
• Yaradıcılıq işləri poçt vasitəsi ilə və ya hər gün (bazar günü istisna olmaqla) saat
10:00-dan 17:00-dək DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin
təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır.
• Müsabiqəyə təqdim edilmiş əsərlərin fotosu Baş Dövlət Yol Polisi İdarəsinin
[email protected] elektron poçt ünvanına göndərilməlidir.
Tələb olunan sənədlər:
• İştirakçının şəxsiyyət vəsiqəsinin surəti;
• İştirakçının təhsili, ictimai fəaliyyəti və s. haqda məlumat;
• Yaşayış ünvanı və əlaqə vasitələri (telefon və s.) haqqında məlumat.
Müsabiqə ilə bağlı həvəsləndirmə tədbirləri və qaliblərin mükafatlandırılması:
• Müsabiqənin qalibləri “Fəxri Fərman” və hədiyyələrlə təltif edilr.
• Müsabiqənin yekun nəticələri media subyektləri vasitəsi ilə geniş işıqlandırılır və
seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap nümunələrində istifadə olunur.
• Seçilmiş əsərlərdən ibarət toplu albom hazırlanır, sərgilər təşkil edilir.
Ünvan və əlaqə vasitələri:
AZ 1117 – Bakı şəh., Xırdalan-Binəqədi şosesi 4. web: www.dyp.gov.az
Tel: +994 12 590 81 34 ; faks: +994 12 498 02 17; e-mail: [email protected]
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər