Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına həsr olunmuş “dəyirmi masa” təşkil olunub.
Ölkə
06 dekabr 2022 19:00
1618
“MG Consulting” MMC-nin beynəlxalq əməkdaşlıq şəraitində icra etdiyi sözügedən layihədə əsas məqsəd əhalinin üzləşdiyi problemləri çevik şəkildə aidiyyəti qurumlara çatdırmaq və onların həllinə nail olmaqdır.
Çoxsaylı dövlət qurumlarının, QHT-lərin və mətbuatın nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa”da Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər aidiyyəti məsələlər müzakirə edilib.
Tədbirin sonunda vətəndaşların müraciətlərinə baxılması və qaldırılan məsələlərin həllində fəallıq göstərən bir sıra dövlət təsisatlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və onun struktur qurumları olan Baş Dövlət Yol Polisi İdarəsinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təmsilçiləri təltif edilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər