Əsas səhifəÖlkəİdarə etdiyi nəqliyyat vasitəsində qanunsuz olaraq projektordan istifadə edən sürücü inzibati məsuliyyətə cəlb olundu
PAYLAŞ

İdarə etdiyi nəqliyyat vasitəsində qanunsuz olaraq projektordan istifadə edən sürücü inzibati məsuliyyətə cəlb olundu

Ölkə 09 dekabr 2022 12:00 1764

Bildiririk ki, “Scania” markalı, 90-RY-438 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Rzayev Allahşükür Valeh oğlu nəqliyyat vasitəsinə əlavə projektorlar quraşdıraraq və ban hissəsinə müxtəlif məzmunlu rəsmlər çəkdirərək idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq tənbeh tədbirləri görülmüşdür.

Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinə projektorların quraşdırılaraq istifadəsi sutkanın qaranlıq vaxtı əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin yolu görməsini məhdudlaşdırır ki, buda nəticə etibarı ilə yollarda hansısa bir xoşagəlməz hadisənin baş verməsinə səbəb olur. Həmin sürücülərin bir daha diqqətinə çatdırırıq ki, qeyd olunan avadanlıqdan istifadə qayda pozuntusudur və inzibati məsuliyyət yaradır.

Eyni zamanda bəzi sürücülər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də, nəqliyyat vasitələrinin ban hissəsinə müxtəlif məzmunlu yazılar və rəsmlər çəkdirirlər ki, bu hal da yolverilməzdir. Nəzərə almaq lazımdır ki, belə rəsmlər və yazılar digər sürücülərin diqqətini yoldan yayındırmaqla, yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaradır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020