DYP postlarında xidmət aparan əməkdaşlar tərəfindən avtobus və mikroavtobusların sürücüləri ilə profilaktiki söhbətlər aparılmışdır.
Ölkə
10 dekabr 2022 12:00
1787
Sərnişin daşınması ilə məşğul olan avtobus və mikroavtobusların sürücüləri YPX əməkdaşları tərəfindən saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumatlar verilmiş, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə edilmiş, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmışdır. Eyni zamanda dumanla hava şəraiti müşahidə edilən, görünmə zonası məhdud olan yollarda duman olan hissə qurtaranana qədər nəqliyyat vasitələri patrul avtomobillərinin müşaiəti ilə aparılmışdır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər