Əsas səhifəNəqliyyatDaha bir marşrut xətti üzrə sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar fəaliyyət göstərəcək.
PAYLAŞ

Daha bir marşrut xətti üzrə sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar fəaliyyət göstərəcək.

Nəqliyyat 11 Dekabr 2022 15:35 1727

“Fidan” MMC-nin isismarında olan 130 nömrəli (Lökbatan-Bakı Beynəlxalq Avtovağzalı) müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. Belə ki, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı cari ilin oktyabrında keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib olub. 12.12.2022-ci il tarixindən bu xətt üzrə 12 metrlik sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar fəaliyyət göstərəcək.

Bununla yanaşı sərnişinlərin Lökbatan qəsəbəsi “20 Yanvar” dairəsi istiqamətində birbaşa marşrut xətti ilə gediş-gəlişini təmin etmək üçün 130 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi Bakı Beynəlxalq Avtovağzalından “20 Yanvar” dairəsinə dəyişdirilib. Bu dəyişikliklə Xocahəsən qəsəbəsi sakinlərinin də ictimai nəqliyyata əlçatanlığı yaxşılaşdırılacaq.

12.12.2022-ci il tarixindən Lökbatan-“28 May” metro stansiyası istiqamətində fəaliyyət göstərən 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdiriləcək. Yeni sxemə əsasən 125 nömrəli marşrut xətti üzrə avtobusların Lökbatan qəsəbəsi istiqamətində hərəkəti “20-ci Sahə” dairəsinə daxil olmadan təşkil ediləcək. Məqsəd, marşrut xəttindən mütəmadi istifadə edən sərnişinlərin rahatlığını təmin etməkdir. Dəyişiklik sayəsində şəhər mərkəzindən Bayıl-Bibiheybət, Şıxov və Lökbatan yaşayış sahəsi istiqamətində ictimai nəqliyyatla səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020