Əsas səhifəNəqliyyatNəqliyyat Könüllüləri Şəhər Mobilliyinin təmin edilməsi istiqamətində hazırladıqları layihə təkliflərini təqdim ediblər.
PAYLAŞ

Nəqliyyat Könüllüləri Şəhər Mobilliyinin təmin edilməsi istiqamətində hazırladıqları layihə təkliflərini təqdim ediblər.

Nəqliyyat 20 Dekabr 2022 16:09 1040

Könüllülərimiz "Empatiya Həftəsi" çərçivəsində paytaxtın müxtəlif ərazilərində mütəxəssislərimizlə birgə baxış keçirib, vətəndaşların rəy və təkliflərini nəzərə alaraq layihə təklifləri hazırlayıblar.

Agentliyin aparıcı mütəxəssislərinin ekspert qismində iştirak etdiyi görüşdə könüllülər komandalar şəklində işləyərək "Rəvan Yollar", "Qəsəbədən-Şəhərə", "Velosipedlərlə bəzədilmiş yol", "Daşıyıcı bələdçi", "Fandomat" və "İctimai nəqliyyatın hərəkət cədvəli" adlı layihə təqdimatlarını nümayiş etdiriblər. Mütəxəssislər tərəfindən həyata keçirilməsi daha real və məqsədəuyğun hesab edilən təkliflər yüksək qiymətləndirilib.

Layihə təkliflərinin hazırlanmasında əsas məqsəd Bakı Nəqliyyat Agentliyinin paytaxtın əlçatanlığı, təhlükəsizliyi və mobilliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaqdır.


 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020