Qəsəbə sakinlərinin müraciəti öz müsbət həllini tapdı
Ölkə
23 dekabr 2022 14:00
1009
Binəqədi rayonu “28 May” qəsəbə sakinlərinin müraciətləri əsasında DİN-in Baş DYP İdarəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində yerləşən 306 nömrəli tam orta məktəbin inzibati binasında qəsəbə sakinləri, eləcə də valideyn və məktəblilərlə görüş keçirilib.
Görüş zamanı qəsəbənin ərazisindən keçən Bakı-Şamaxı yolunda qəzalarının qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətdə Baş DYP İdarəsi tərəfindən aparılan nəzarət-profilaktiki tədbirlər barədə iştirakçılara geniş məlumat verilmiş, yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi onların diqətinə çatdırılmışdır.
Bununla yanaşı, sözügedən avtomobil yolu üzərində eynisəviyyəli piyada zolağının təşkil edilməsi ilə bağlı qəsəbə sakinlərinin müraciətləri əsasında hazırlanmış layihə yerində müzakirə olunmuş, əhalinin təklifləri dinlənilmiş və aparılan monitorinq nəticəsində qeyd edilən ərazidə piyada zolağının təşkil edilməsi qərara alınmışdır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər