Əsas səhifəÖlkəNarkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir nəfər ifşa olunub
PAYLAŞ

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir nəfər ifşa olunub

Ölkə 28 dekabr 2022 14:00 1010

“Mercedes” markalı, 99-UH-107 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rəşad Həsənov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücü R.Həsənovun hərəkətləri şübhə doğurduğundan  tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı onun narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Həsənovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020