Əsas səhifəÖlkəBaş DYP İdarəsi tərəfindən moped və velosiped sürücülərinə işıqqaytarıcı jiletlər paylanılıb
PAYLAŞ

Baş DYP İdarəsi tərəfindən moped və velosiped sürücülərinə işıqqaytarıcı jiletlər paylanılıb

Ölkə 26 dekabr 2022 14:00 891

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində moped və velosiped sürücülərinə xüsusi işıqqaytarıcı jiletlər paylanılıb. Aksiya paytaxtın müxtəlif ərazilərində keçirilib. Çatdırılma xidmətini həyata keçirən şəxslərə bu jiletlər hədiyyə edilib və onlarla maarifləndirici söhbətlər aparılıb.

Aksiyanın keçirilməsində məqsəd mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir. Qeyd edək ki, sutkanın qaranlıq vaxtı, xüsusi ilə məhdud görünmə şəraitində bu jiletlərdən istifadə edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020