Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində görüş keçirildi
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində görüş keçirildi

Ölkə 30 dekabr 2022 12:00 1297

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürücü və sərnişinlərlə görüş keçirib. Avtovağzal kompleksinin rəhbərliyi ilə birgə təşkil olunmuş tədbirdə Baş DYP İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli, həmin şöbənin inspektoru, polis leytenantı Elvin Hacıyev və Yol hərəkətinin təşkili şöbəsinin mühəndisi, polis baş leytenantı Yusif Atakişiyev iştirak edib.

Görüş zamanı sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan sürücülərə hüquq və vəzifələri haqda bir daha məlumat verilib, bununla yanaşı səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də iş və istirahətət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması istiqamətində təbliğat-təşviqat işi aparılıb.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020