Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi tərəfindən 2022-ci il ərzində paytaxtın müxtəlif küçə və prospektlərində 288 yeni piyada keçidi təşkil edilib.
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi tərəfindən 2022-ci il ərzində paytaxtın müxtəlif küçə və prospektlərində 288 yeni piyada keçidi təşkil edilib.

Nəqliyyat 17 Yanvar 2023 11:42 1392

Yol hərəkətinin təşkilində əsas faktorlardan olan piyada təhlükəsizliyinə hər zaman xüsusi həssaslıqla yanaşan Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Görülən işlər çərçivəsində istər vətəndaş müraciətləri, istərsə də aparılan monitorinqlər əsasında müəyyən edilən ərazilərdə yeni nizamlanan və nizamlanmayan eynisəviyyəli piyada keçidləri təşkil edilir, mövcud piyada keçidlərində yenilənmə işləri aparılır.

2022-ci il ərzində paytaxtın müxtəlif küçə və prospektlərində 288 yeni piyada keçidi təşkil edilib ki, bunlardan 9-u eynisəviyyəlidir. Həmçinin 12 piyada keçidində “Sarı döyünən işıq” quraşdırılıb, 31 piyada keçidinin işıqlandırılması təmin edilib.

Bununla yanaşı, piyada intensivliyinin yüksək olduğu, xüsusilə azyaşlı uşaqların daha çox hərəkət etdiyi təhsil ocaqlarının ətrafında təhlükəsizlik səviyyəsinin daha yüksək həddə çatdırılması üçün asfalt örtüyün üzərinə “Məktəb”  və “Yavaş” sözləri yazılıb.

Məqsəd paytaxt ərazisində piyada əlçatanlığının artırılması, piyadalar üçün daha təhlükəsiz və rahat nəqliyyat mühitinin formalaşdırılmasıdır.

 

 

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020