Əsas səhifəÖlkəAudiovizual və kütləvi nümayiş etdirilən əsərlərin, informasiyaların hazırlanmasına dair Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti
PAYLAŞ

Audiovizual və kütləvi nümayiş etdirilən əsərlərin, informasiyaların hazırlanmasına dair Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

Ölkə 25 yanvar 2023 11:00 1319

Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də hazırda bu sahədə icra olunan Dövlət Proqramında televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması tələbi təsbit edilmişdir.

Lakin təəssüf ki, bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə blogerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyada heç bir əlavə şərh verilmədən yayımlanmasının şahidi oluruq.

Aktyorların, cəmiyyətdə tanınmış şəxslərin iştirakı ilə hazırlanan belə audiovizual əsərlərin yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılması, onlarda analoji qəbahətlərə yol vermək həvəsi yaratması, eləcə də bu kimi neqativ təzahürlərin yetişən gənc nəsilin yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur.

Yol hərəkəti təhlükəsizliyini təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Baş Dövlət Yol Polisi İdarəsi belə halların yolverilməz olduğunu qeyd edir və bütün media subyektlərini, sosial şəbəkə fəallarını ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına töhfə verməyə çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020