Əsas səhifəNəqliyyatDaha bir marşrut xətti üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək
PAYLAŞ

Daha bir marşrut xətti üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək

Nəqliyyat 23 Fevral 2023 14:33 1161

Sərnişindaşımaların icrasında çatışmazlıqların aşkarlandığı müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması davam etdirilir. Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 57 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin qalibi “BakuBus” MMC elan olunub.


24.02.2023-cü il tarixindən bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada həyata keçiriləcək.


57 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Xətai rayonunun 10 min nəfərdən artıq əhalisi olan “Həzi Aslanov” adlanan yaşayış sahəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020