Paytaxtda piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətinin təmin edilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin strateji məqsədlərindəndir. Dövlət başçısının bu istiqamətdə tapşırıqları əsas götürməklə icra olunan tədbirlər sayəsində səkilərdə və piyada keçidlərində hərəkət təhlükəsizliyi, eləcə də əlçatanlıq səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb.
Belə ki, səkilərin avtomobillərdən azad edilməsi, piyadaların rahat və maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə təhlükəsizlik tumbaları quraşdırılır. Bu çərçivədə son bir ildə səkilərdə piyadaların rahat və təhlükəsiz hərəkəti, həmçinin buna maneə yaradan qanunsuz parklanma hallarının qarşısının alınması məqsədilə 43 küçə və prospektdə təhlükəsizlik tumbası quraşdırılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər