Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi tərəfindən piyada səkilərində həyata keçirilən tədbirlər
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi tərəfindən piyada səkilərində həyata keçirilən tədbirlər

Nəqliyyat 16 Fevral 2023 11:35 1020

Son günlər paytaxtın bir sıra ərazilərində piyada səkilərinin müxtəlif səbəblərdən zəbt olunması, eləcə də standarlara uyğun olmaması sosial media hesablarında və KİV geniş müzakirə olunmaqdadır. Səkilərin şəhərdə piyada mühitinin yaxşılaşdırılmasının ən vacib elementlərindən olduğunu nəzərə alaraq piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması istiqamətində görülən işlər barədə məlumatları təqdim edirik.

 Paytaxtda piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin strateji məqsədlərindəndir. Bakının piyadayönümlü şəhərə çevrilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının bu istiqamətdə tapşırıqları əsas götürməklə Bakı Nəqliyyat Agentliyi tərəfindən icra olunan tədbirlər sayəsində səkilərdə və piyada keçidlərində hərəkət təhlükəsizliyi, eləcə də əlçatanlıq səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, ötən yeddi il ərzində 198 küçədə pandus inşa edilib. Səkilərdə piyadaların rahat və təhlükəsiz hərəkəti həmçinin qanunsuz parklanma hallarının qarşısının alınması məqsədilə 183 küçədə təhlükəsizlik tumbası quraşdırılıb, 136 küçədə məhəccər qoyulub. Ümumilikdə 72 küçədə səkilər standarta uyğunlaşdırılmaqla 140 km uzunluğunda səkinin davamlılığı təmin edilib. Yol infrastrukturunda əlçatanlığın təmin edilməsi məqsədilə “ideal səki” layihəsi çərçivəsi reallaşdırılıb və bu işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlər zamanı da piyadaların hərəkət təhlükəsizliyi diqqətdə saxlanılır. Keçirilən monitorinqlərin nəticələri əsasında 70 piyada keçidi yenilənib, 6 küçədə pandus və məhəccərlər, 2 küçədə isə 14 təhlükəsizlik tumbası bərpa edilib.

Məlumat üçün qeyd edək ki, hələ 2018-ci ildə Bakı şəhərinin inzibati rayonları üzrə səkilərin vəziyyəti təhlil edilib. Təhlillərin nəticələrinə əsasən aşkar edilən çatışmazlıqlarla bağlı məlumatlar müvafiq olaraq, rayon icra hakimiyyətlərinə təqdim edilib. Ötən müddətdə yerli icra hakimiyyətləri tərəfindən səkilərin piyadaların hərəkəti baxımından uyğun vəziyyətə gətirilməsi üçün müəyyən işlər görülüb.

 Səkilərin piyada mühitinin yaxşılaşdırılmasının ən vacib elementlərindən biri olduğunu nəzərə alaraq çatışmazlıqların aradan qaldırılması, zəbt olunmuş səkilərin piyadalara qaytarılması, eləcə də bunun mövcud olmadığı yerlərdə yeni, standarta uyğun səkilərin yaradılması istiqamətində işlər davam etdirilir.
 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020