Əsas səhifəNəqliyyatDaha iki ünvanda yol təhlükəsizliyi səviyyəsi artırılıb
PAYLAŞ

Daha iki ünvanda yol təhlükəsizliyi səviyyəsi artırılıb

Nəqliyyat 15 Fevral 2023 15:17 908

Vətəndaş müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən Lökbatan yolu, “Cənub Qapısı” yaşayış kompleksi və Zabrat-Kürdəxanı şosesində “Bakı” yaşayış kompleksinin qarşısında nizamlanan piyada keçidləri təşkil edilib.

Layihədən əvvəl mövcud olan problemlər:

Ərazidə piyada keçidinin olmaması;

Sürücülərin sürət həddinə əməl etməməsi səbəbindən qəza risklərinin yüksək olması;

Piyada infrastrukturunun qənaətbəxş olmaması.

Görülən işlər çərçivəsində:

Yeni svetofor obyektləri quraşdırılıb;

Svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib;

Müvafiq nişan və nişanlanma xətləri təşkil edilib;

Səkilər, panduslar və gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) inşa edilib.

 

Görülən işlərin nəticəsi olaraq:

Ərazidə piyadaların təhlükəsizlik səviyyəsi artırılıb;

İnşa edilmiş səkilər, panduslar, xüsusilə svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində piyadaların, həmçinin gözdən əlil şəxslərin rahatlığı və təhlükəsizliyi təmin edilib;

Piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş vermə ehtimalı minimuma endirilib.

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020