Vətəndaş müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən Lökbatan yolu, “Cənub Qapısı” yaşayış kompleksi və Zabrat-Kürdəxanı şosesində “Bakı” yaşayış kompleksinin qarşısında nizamlanan piyada keçidləri təşkil edilib.
Layihədən əvvəl mövcud olan problemlər:
Ərazidə piyada keçidinin olmaması;
Sürücülərin sürət həddinə əməl etməməsi səbəbindən qəza risklərinin yüksək olması;
Piyada infrastrukturunun qənaətbəxş olmaması.
Görülən işlər çərçivəsində:
Yeni svetofor obyektləri quraşdırılıb;
Svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib;
Müvafiq nişan və nişanlanma xətləri təşkil edilib;
Səkilər, panduslar və gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) inşa edilib.
Görülən işlərin nəticəsi olaraq:
Ərazidə piyadaların təhlükəsizlik səviyyəsi artırılıb;
İnşa edilmiş səkilər, panduslar, xüsusilə svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində piyadaların, həmçinin gözdən əlil şəxslərin rahatlığı və təhlükəsizliyi təmin edilib;
Piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş vermə ehtimalı minimuma endirilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər