Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsi Onlayn İctimai Nəzarət Platforması layihəsində fəallığına görə təltif edilib
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsi Onlayn İctimai Nəzarət Platforması layihəsində fəallığına görə təltif edilib

Ölkə 28 fevral 2023 11:00 1614

Beynəlxalq əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən E-Nəzarət Platformasının əsas məqsədi əhalinin üzləşdiyi problemləri çevik şəkildə aidiyyəti qurumlara çatdırmaq və onların həllinə nail olmaqdır.

Təşkilatçıların çoxsaylı dövlət qurumlarının, QHT-lərin və mətbuat nümayəndələrinin iştirakı ilə təşkil etdiyi “Dəyirmi masa”da Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti müzakirə edilib.

Tədbirdə iştirak edən DİN BDYPİ-nin əməkdaşı Mübariz Ağayev təmsil etdiyi qurum tərəfindən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə göstərilən dəstək, polisə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə QHT və media subyektləri ilə birgə əldə olunan nailiyyətlər haqda iştirakçılara məlumat verib.

Tədbirin sonunda vətəndaşların müraciətlərinə baxılması və qaldırılan məsələlərin həllində fəallıq göstərdiklərinə görə bir sıra qurumlar, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təltif edilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020