Baş DYP İdarəsinin moped sürücülərinə MÜRACİƏTİ.
Ölkə
13 mart 2023 16:00
750
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata görə son vaxtlar əksər insanlar moped sürücülərindən şikayət edir. Belə ki, moped sürücüləri tıxaclarda təhlükəli manevrlər edir, qaydaları bəzən kobud şəkildə pozurlar.
Moped sürücülərinin çoxu isə kuryer xidməti ilə məşğul olur. Hər zaman harasa tələsən bu sürücülər bəzən həm öz həyatlarını, həm də digər sürücülərin həyatlarını təhlükə altında qoyurlar. Belə hallar isə sonda xəsarət və ölümlə nəticələnə bilir. Bir daha moped sürücülərindən tələb edirik ki, mopedlərdən istifadə zamanı təhlükəsizlik avadanlıqlarından (dəbilqə və s) istifadə etsinlər, yolda onlar üçün müəyyən olunan hissədə hərəkət etsinlər, eyni zamanda qayda pozuntularına yol verərək nə özləri, nə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər