Bakı Nəqliyyat Agentliyinin sayca 6-cı "Nəqliyyat Könüllüləri" proqramında iştirak üçün müraciət edən namizədlərin seçim prosesi yekunlaşıb.
Proqrama müraciət edən 125 namizəd arasından 57 nəfəri müsahibə mərhələsinə seçilib, 36 nəfər Nəqliyyat könüllüsü adını qazanıb. Müsahibə mərhələsində namizədlərin müxtəlif sahələr üzrə bilik və bacarıqları, nəqliyyat sahəsinə olan maraqları qiymətləndirilib. Könüllü olmaq istəyən şəxslərin, əsasən, motivasiyası, bilik və bacarıqlarına xüsusi diqqət yetirilib, eləcə də dil bilikləri yoxlanılıb. Proqrama seçilən namizədlərə uğurlar arzu edirik. Növbəti proqrama qəbul 2023-cü ilin iyul ayından başlayacaqdır.
Proqramın başlıca məqsədi Agentliyin Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaq, sərnişinləri və sakinləri maarifləndirməkdir.
Xatırladaq ki, 2022-ci ilin II yarımili üzrə keçirilən könüllülük proqramı çərçivəsində 44 nəfər seçilib, 25 nəfər məzun adını qazanıb, 1 nəfər ilin könüllüsü, 4 nəfər isə ilin fəal könüllüsü seçilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər