Əsas səhifəÖlkəSürücülük hüququ olmadan narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs DYP tərəfindən ifşa olunub
PAYLAŞ

Sürücülük hüququ olmadan narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs DYP tərəfindən ifşa olunub

Ölkə 15 mart 2023 11:00 1123

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, Rüfət Cəfərov idarə etdiyi  “Mercedes” markalı, 90-FL-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə manevr etmə qaydalarını pozduğu üçün yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı R.Cəfərovun narkotik maddə qəbul etməsi müəyyən olunub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən R.Cəfərov barəsində inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rüfət Cəfərov inzibati qaydada həbs edilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020