DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nəqliyyat vasitələrinin qaçırılması
halları ilə bağlı əhaliyə
M Ü R A C İ Ə T İ
Ölkə
03 aprel 2023 17:00
1283
Ötən il respublika üzrə qaçırılan nəqliyyat vasitələrinin sayı 2021-ci illə müqayisədə 14 fakt azalaraq 181-ə qarşı 167 olmuş, görülən tədbirlər nəticəsində onlardan 164-ü isti izlərlə tapılmışdır. Respublikanın rayonlarında qaçırılan 73 avtomobildən 72-si, Bakı şəhəri üzrə qaçırılan 94 avtomobildən 92-si tapılmışdır.
Nəqliyyat vasitələrinin qaçırılması hallarına qarşı aparılan mübarizə tədbirlərinin statistikası uğurlu nəticələrdən xəbər versə də, təhlillər göstərir ki bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan bir sıra amillər də mövcuddur. Belə ki, bu növ cinayətlərin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, işıqlandırılmayan yol sahələrində saxlanılan, səsli həyəcan siqnalı ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan, eləcə də istehsal ili köhnə olan) nəqliyyat vasitələri olur ki, bu da sonradan xoşagəlməz nəticələrə gətirib çıxarır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu kimi cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün nəqliyyat vasitələrini park edərkən, yaxud dayanma-durma zamanı yuxarıda göstərilən hallara diqqət yetirməyə çağırır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər