Əsas səhifəNəqliyyat6-cı “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə tanışlıq görüşü keçirilib
PAYLAŞ

6-cı “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə tanışlıq görüşü keçirilib

Nəqliyyat 04 Aprel 2023 10:50 772

Bakı Nəqliyyat Agentliyinin sayca 6-cı “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə tanışlıq görüşü keçirilib. Könüllülərimiz proqram çərçivəsində mərkəzi aparatda təcrübə keçəcək, müxtəlif təlim, təqdimat və səfərlər vasitəsilə öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Eyni zamanda, seçilən könüllülər ilə müqavilələr imzalanıb.

“Nəqliyyat Könüllüləri” proqramının məqsədi, Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaq, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması və sosialyönümlü istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək olmaqdır.

Könüllülərimizi təbrik edir və uğurlar arzulayırıq.


 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020