Əsas səhifəNəqliyyatMüzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) icra edilən layihənin nəticələri
PAYLAŞ

Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) icra edilən layihənin nəticələri

Nəqliyyat 10 Aprel 2023 16:05 1231

Bakı Nəqliyyat Agentliyi tərəfindən bir müddət əvvəl Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) yol hərəkətinin təşkilində dəyişiklik həyata keçirilib. Belə ki, hərəkəti buraxma qabiliyyətinin artırılması məqsədilə kəsişmədə dairəvi hərəkət ləğv olunub və nizamlanan yolayrıcı təşkil edilib.

Layihənin icrasından sonra:

Kəsişmənin Müzəffər Nərimanov küçəsi istiqamətində hərəkəti buraxma qabiliyyəti 31% artmış, hərəkət sürəti isə 60% artaraq 35 km/saat təşkil etmişdir.

Xəlil Rza Ulu Türk küçəsi istiqamətində isə hərəkəti buraxma qabiliyyəti 35 % artmış, hərəkət sürəti isə 20 % artaraq 42 km/saat təşkil etmişdir.

Ümumilikdə isə kəsişmədə hərəkəti buraxma qabiliyyəti 40%, hərəkət sürəti isə orta hesabla 30-35% artmışdır.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020