Əsas səhifəNəqliyyatBakıda növbəti ümumşəhər iməcliyi keçirilib
PAYLAŞ

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib

Nəqliyyat 15 Aprel 2023 17:30 434

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü, həmçinin ayın sonunda Bakıda “Formula-1” Azərbaycan Qran Prinsinin keçirilməsi və paytaxtıza dünyanın müxtəlif ölkələrindən şoxsaylı qonaqların gəlməsi ilə əlaqədar aprelin 15-də Bakı şəhərində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik şəhərin bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyularaq üzərilərindəki yorpaq və tozdan təmizlənib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilməsi, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri davam etdirilib.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması Bakımızın daha da gözəlləşməsinə və mötəbər beynəlxalq idman yarışları zamanı sakinlərimiz və şəhərimizin qonaqlarında xoş əhval-ruhiyyə yaradılması, ölkəmiz və paytaxtımız haqqında müsbət təəssüratlar yaradılmasına böyük töhfə olacaqdır.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020