“Heydər Əliyev ili” çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzərdə tutulan tədbirlərdən olan ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşviqbad qəsəbəsində keçirilib. Aksiya çərçivəsində Bakı Nəqliyyat Agentliyinin rəsmiləri və əməkdaşları tərəfindən müxtəlif növ ağac tingləri əkilib.
Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsinə hər zaman diqqət göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın bərpasına kömək etməklə təbiətə töhfə verməkdir.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzərdə tutulan silsilə tədbirlər davam etdiriləcək
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər