Əsas səhifəNəqliyyatDaha bir maşrut üzrə avtobuslar nağdsız ödəniş sisteminə keçirilir
PAYLAŞ

Daha bir maşrut üzrə avtobuslar nağdsız ödəniş sisteminə keçirilir

Nəqliyyat 05 May 2023 14:59 1109

Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm marşrut avtobuslarının mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər davam etdirilir. Bu çərçivədə 08.05.2023-ci il tarixindən etibarən“Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da gündəlik bu marşrut üzrə orta hesabla 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin ediləcək.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020