Əsas səhifəÖlkə2023-cü il “Heydər Əliyev İli” çərçivəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Elm və Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə “Yol hərəkəti qaydaları və mən” adlı rəsm müsabiqəsi keçirib
PAYLAŞ

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Elm və Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə “Yol hərəkəti qaydaları və mən” adlı rəsm müsabiqəsi keçirib

Ölkə 08 may 2023 18:00 1819

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə Ulu Öndərin ölkəmizdə gənc nəslin inkişafına verdiyi misilsiz töhfələr bir daha xatırlanıb, müsabiqəyə qatılan uşaq və yeniyetmələr tərəfindən mahnı və rəqslər ifa olunub, yol hərəkəti qaydalarını təbliğ edən rəsmlər çəkilib.

Münsiflər heyəti tərəfindən seçilən qaliblərə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi adından diplom və mükafatlar təqdim edilib, bununla yanaşı müsabiqədə iştirak edən 50-dək uşaq və yeniyetməyə hədiyyələr verilib, onlar yol hərəkəti təhlükəsizliyinin təbliğində fəal olmağa həvəsləndirilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020