Əsas səhifəÖlkəBaş DYP İdarəsi yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə dəstək verir
PAYLAŞ

Baş DYP İdarəsi yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə dəstək verir

Ölkə 12 may 2023 12:00 55

“Nərdivançı” sosial müəllim layihəsi DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi təhsilalanlara yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqların müasir metodlarla aşılanmasına və bu sahədə təhsilverənlərin layihə çərçivəsində ərsəyə gələcək videomateriallardan tədris vəsaiti kimi istifadə etmələrinə nail olmaqdır.​

Hazırda ölkəmizdə həyata keçirilən müvafiq Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin təbliğində vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilməsini fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsi təhsil ictimaiyyətini müsabiqədə fəal iştirak etməyə çağırır.

Müsabiqə ilə bağlı ətraflı məlumat "Nərdivançı" layihəsinin facebook səhifəsində verilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020