Əsas səhifəNəqliyyatZığ şosesi ilə Zeytun küçəsinin kəsişməsində iki mərhələli nizamlanan eyni səviyyəli piyada keçidi və avtobus dayanacaq məntəqəsi təşkil edilib
PAYLAŞ

Zığ şosesi ilə Zeytun küçəsinin kəsişməsində iki mərhələli nizamlanan eyni səviyyəli piyada keçidi və avtobus dayanacaq məntəqəsi təşkil edilib

Nəqliyyat 25 May 2023 09:29 2018

Vətəndaş müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən Zığ şosesi ilə Zeytun küçəsinin kəsişməsində iki mərhələli nizamlanan eyni səviyyəli piyada keçidi və avtobus dayanacaq məntəqəsi təşkil edilmişdir.

Layihədən əvvəl mövcud olan problemlər:

Ərazidə piyada keçidinin çatışmazlığı;

Avtobus dayanacaq məntəqəsinin olmaması;

Piyada infrasturukturunun qənaətbəxş olmaması.

 

Görülən işlər çərçivəsində:

Yeni svetofor obyektləri quraşdırılıb, çağırıcı qurğu ilə təmin edilib;

Asfalt üzərində xəbərdaredici iki komponentli boyalar və digər nişanlanma xətləri çəkilib;

Səkilər və panduslar inşa edilib;

Zəruri yol nişanları və məhəccərlər quraşdırılıb, avtobus dayanacaq məntəqəsi təşkil edilib.

 

Görülən işlərin nəticəsi olaraq:

Ərazidə piyadaların və sərnişinlərin rahatlığı, eləcə də təhlükəsizlik səviyyəsi artırılıb;

İnşa edilmiş səkilər, panduslar, xüsusilə svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində əlilliyi olan şəxslərin əlçatanlığı təmin edilib.

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020