Əsas səhifəÖlkəYol polisinin qanuni tələbinə məhəl qoymayan, narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
PAYLAŞ

Yol polisinin qanuni tələbinə məhəl qoymayan, narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Ölkə 26 may 2023 14:00 1877

22.05.2023-cü il tarixdə “Chevrolet” markalı, 99-UD-447 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Fərid Ələkbər oğlu manevretmə qaydasını pozduğu üçün DİN BDYPİ-nin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün stasionar postunda ona saxla işarəsi verilib, lakin o, polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib.

Sonradan həyata keçirilən tədbirlər nəticəsində sürücü F.Kərimov saxlanılıb və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub. Müayinə nəticəsində F.Kərimovun narkotik vasitənin və spirtli içkinin təsiri altında olması müəyyən edilib.

F.Kərimov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati  protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Kərimov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün inzibati qaydada həbs edilib, eyni zamanda narkotik vasitənin və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbirlərin icrasına başlanılıb.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020