Əsas səhifəÖlkəYol polisinin qanuni tələblərinə əməl etməyən və yük avtomobilini polisin üzərinə sürən sürücü saxlanılıb
PAYLAŞ

Yol polisinin qanuni tələblərinə əməl etməyən və yük avtomobilini polisin üzərinə sürən sürücü saxlanılıb

Ölkə 25 may 2023 14:00 1141

24.05.2023-cü il tarixdə, saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də “Kamaz” markalı, 16-BD-057 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İsmayılov Rövşən Dilən oğlu apardığı yükün çəkisinin müəyyən edilməsi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Lakin, nəqliyyat vasitəsinin tərəziyə çıxarılması barədə göstərişə aqressiv reaksiya verən sürücü Rövşən İsmayılov polisin qanuni tələbini yerinə yetirməkdən qərəzli şəkildə imtina edib və avtomobili polis əməkdaşlarının üzərinə sürməyə cəhd edərək ərazidən uzaqlaşmağa çalışıb.

Görülmüş tədbirlər nəticəsində yük avtomobilinin sürücüsü saxlanılıb və polisin qanuni tələbinə əməl etmədiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020