Əsas səhifəNəqliyyat77 nömrəli marşrut üzrə müasir sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu avtobuslar fəaliyyət göstərəcək
PAYLAŞ

77 nömrəli marşrut üzrə müasir sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu avtobuslar fəaliyyət göstərəcək

Nəqliyyat 26 May 2023 16:05 1877

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə 77 nömrəli müntəzəm marşrut xətti (Yeni Yasamal, Ə.Əhmədov küçəsi-M.F.Axundov bağı) üzrə sərnişindaşımalarının keyfiyyəti yaxşılaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq 01.06.2023-cü il tarixindən etibarən 77 nömrəli marşrut üzrə müasir standartlara uyğun sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərəcəkdir. Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada BakıKart vasitəsi ilə həyata keçiriləcək.

Məlumat üçün qeyd edək aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciətləri daxil olub.

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020